“Neftçi” “Keşlə”yə qalib gəldi

21:00 08-03-2021 | icon 2094
“Neftçi” “Keşlə”yə qalib gəldi

Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

"Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. 

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Neftçi" liderliyini möhkəmlədib. "Keşlə" isə 16 xalla 7-ci pillədə qalıb.

 

Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Sumqayıt"la qollu heç-heçə edib. Komandalar hərəyə 1 qolla aktivlərinə 1 xal yazdırıblar - 1:1. 

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Qəbələ” “Səbail”i (15:00), “Zirə” isə “Qarabağ”ı (17:15) qəbul edəcək.


Digər xəbərlər

0.25935983657837