Vahid komandanlıq Azərbaycana qələbə qazandırdı
Bütün müharibələr hazırlıq və peşəkarlıq tələb edir. Düzgün
planlaşdırma olmadan qələbə qazanmaq olmur. Müasir müharibənin öz
sərt tələbləri var: - pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi
təyinatlılar, kəşfiyyat, artilleriya və əlbəttə ki, vahid komandanlıq. Bu gün
qazanılan tarixi qələbənin sirrləri tam açıqlanmır. Bu belə də olmalıdır.
Amma, aradan müəyyən zaman keçdikdən sonra məxfilik qrifi götürüləcək,
sənədli və bədii filmlərin məzmunu ilə xalqımız və dünya ictimaiyyəti tarixi
qələbənin sirrlərini tam aydınlığı ilə biləcək. Rejissorlarımız tərəfindən
yaradılacaq tarixi filmlər bəzi ölkələr üçün əsl nümunə olacaq.
Baxacaqlar...öyrənəcəklər...tətbiq edəcəklər. Budur Azərbaycan xalqının
müdrikliyi, budur vahid komandanlıq! Cənab İlham Əliyev Prezident olaraq
Azərbaycanı dinamik və sürətli inkişaf yoluna çıxardı. Ali Baş Komandan
olaraq otuz ilə yaxın əsarətdə qalan torpaqlarımızı sonsuzadək xalqa
qaytardı. 44 günlük müharibəni hər bir azərbaycanlı ürəyində mülahizə
edərək yekdil fikrə gəlir: - ordumuz qısa, lakin tarixi qələbədə əsl peşəkarlıq
və sücaət nümayiş etdirdi. Bütün cəbhə boyu Azərbaycan əsgəri səngərdə
möhkəm dayanmışdı. Düşmən bir dəfə də olsun azad olunmuş əraziləri heç
olmasa bir günlük geri qaytarmağa nail ola bilmədi. Ordumuz vahid
komandanlıqla yalnız irəli getdi. 44 günlük müharibə dövründə ordumuzun
sücaətinə qəhrəmanlıq mahnıları yazıldı. Bu mahnılardakı sözlər Şəhid
dəfnlərində xalq tərəfindən qəhrəmanlıq nümunəsi kimi səsləndirildi. Xalqın
və dövlətin birliyi Azərbaycana hər zaman uğur gətirir. Vahid komandanlıq
bizim gücümüzün, birliyimizin rəmzidir.
Biz Sizinlə qürur duyuruq Azərbaycan əsgəri! Biz Sizinlə fəxr edirik Ali
Baş Komandan!
Bəylər Əliyev,
Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...