“Qarabağ”dan inamlı qələbə, Qəbələdə heç-heçə

03:18 10-03-2021 | icon 2488
“Qarabağ”dan inamlı qələbə, Qəbələdə heç-heçə

 futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.

Sonuncu oyun günündə iki görüş baş tutub.

Öncə “Qəbələ” doğma meydanda “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

 

Turun mərkəzi və qapanış matçında isə “Zirə” ilə “Qarabağ” üz-üzə gəlib. Ağdam klubu bu oyundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycan Premyer Liqası
19-cu tur
9 mart

Qəbələ – Səbail 1:1
Qol: R.Utriq, 78 – A.Yunanov, 57.
Qırmızı vərəqə: R.Əhmədov, 88 (ikinci sarı) – R.Hacıyev, 66.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Zirə – Qarabağ 0:2
Qol: X.Romero, 3. P.Andrade, 32.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

 

 
 
 

Digər xəbərlər

0.18870711326599