Millimiz Moldovaya səfərdə də qalib gəldi

03:31 10-03-2021 | icon 1925
Millimiz Moldovaya səfərdə də qalib gəldi

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

3-cü qrupda yer alan yığmamız dördüncü sınağında Moldova seçməsinin qonağı olub.

Bütövlükdə 8 qolun qeydə alındığı qarşılaşma millimizin növbəti qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan yığması əvvəlki oyunlarının da hamısından qalib ayrılmışdı. Millimiz son olaraq bir neçə gün öncə məhz Moldova yığmasını Bakıda 5:1 hesabıyla məğlub etmişdi.

AÇ-nin seçmə mərhələsi
3-cü qrup
9 mart

Moldova – Azərbaycan 3:5
Qol: A.Laşku, 32. S.Nikolayçuk, 36. A.Neqara, 37 – H.Ahmadi, 7. Vassura, 23; 36. R.Çovdarov, 28. Y.Kojokaru, 35-öz qapısına.
Hakimlər: Damian Qrabovski (Polşa), Yasin Alageyik (Belçika), Viktor Bugenko (Moldova).
Timekeeper: Valeri Minciuna (Moldova).
Hakim-inspektor: Talal Daravşi (İsrail).
UEFA nümayəndəsi: Zoran Dimic (Serbiya).
Çoresku, “Futzal Arena”.

 

 
 
 

Digər xəbərlər

0.2276771068573