“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü

16:36 10-03-2021 | icon 2235
“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü

Bu gün günorta saatlarında Sumqayıt Kimya Sənaye Parkında teplovozun vurduğu avtobus “Azərbaycan Dəmir Yolları” (ADY) İdarəsinin əməkdaşının üzərinə aşıb, həmin şəxs hadisə yerində vəfat edib.

Günorta saat 13 radələrində boş avtobus dəmir yolunun üzərindən keçərkən texniki nasazlıq baş verib və avtobus sönərək xəttin üzərində qalıb.

Bu zaman dəmir yolunda hərəkətdə olan teplovoz avtobusla toqquşub və avtobus aşaraq teplovozun hərəkətini tənzimləyən əməkdaşın üzərinə düşüb. ADY əməkdaşı hadisə yerində vəfat edib.

 

Qəzaya düşən avtobus sərnişin avtobusu olmayıb və ictimai nəqliyyata aidiyyatı yoxdur. Həmin avtobusun Sumqayıt KSP-yə məxsus olduğu bildirilir.

***

Vəfat edən şəxsin kimliyi müəyyənləşib. Onun Sumqayıt şəhər sakini, teplovozun bələdçisi Murtuz Abdullayev olduğu məlum olub. M.Abdullayev teplovozla avtobusun arasında qalaraq ölüb.

***

ADY-nin mətbuat xidməti də hadisə ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, hadisə saat 13:20 radələrində qeydə alınıb: "10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək".  


Digər xəbərlər

0.28282594680786