“Azərbaycan Dəmir Yolları”nın əməkdaşı faciəvi şəkildə öldü
Bu gün günorta saatlarında Sumqayıt Kimya Sənaye Parkında teplovozun vurduğu avtobus “Azərbaycan Dəmir Yolları” (ADY) İdarəsinin əməkdaşının üzərinə aşıb, həmin şəxs hadisə yerində vəfat edib.
Günorta saat 13 radələrində boş avtobus dəmir yolunun üzərindən keçərkən texniki nasazlıq baş verib və avtobus sönərək xəttin üzərində qalıb.
Bu zaman dəmir yolunda hərəkətdə olan teplovoz avtobusla toqquşub və avtobus aşaraq teplovozun hərəkətini tənzimləyən əməkdaşın üzərinə düşüb. ADY əməkdaşı hadisə yerində vəfat edib.
Qəzaya düşən avtobus sərnişin avtobusu olmayıb və ictimai nəqliyyata aidiyyatı yoxdur. Həmin avtobusun Sumqayıt KSP-yə məxsus olduğu bildirilir.
***
Vəfat edən şəxsin kimliyi müəyyənləşib. Onun Sumqayıt şəhər sakini, teplovozun bələdçisi Murtuz Abdullayev olduğu məlum olub. M.Abdullayev teplovozla avtobusun arasında qalaraq ölüb.
***
ADY-nin mətbuat xidməti də hadisə ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, hadisə saat 13:20 radələrində qeydə alınıb: "10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək".
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...