Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib

12:00 11-03-2021 | icon 1467
Azərbaycanda vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib

Hər bir xalqın inkişafında sağlam, vətənpərvər gənclik mühüm rol oynayır.
Dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsi, gələcəyin etibarlı təminatı
intellektual səviyyəli gənc kadrların yetişib avanqard qüvvəyə
çevrilməsindən çox asılıdır. Gənc nəslin tərbiyəsi isə ailədə, yaşadığı
mühitdə və ümumtəhsil müəssisələrində formalaşır. “Azərbaycanda
Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi ərzində yetişən gənclər
torpaqlarımızın işğaldan azad olunmasında əsas rol oynadılar. Bütün
nəsillərdən olan vətəndaşlarımızın əldə edilən Qələbədə böyük payı olsa
da, Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsində əsas
vəzifəni gənc nəsil yerinə yetirib. 44 günlük müharibənin əsas qəhrəmanları
məhz gənclərimiz olub, gənc hərbçilərimiz fədakarlığı və qəhrəmanlığı ilə
tarix yazıblar. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda
vətənpərvər və milli ruhda tərbiyə almış gənc nəsil yetişib”. Qarabağı azad
etmiş gənc nəsil Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin
yetirmələridir: “Bu illər ərzində gənclərimizin məhz vətənpərvərlik ruhunda
tərbiyə alması, onlarda olan düşmənə nifrət hissi Qələbəyə apardı və
Azərbaycanın tarixi ədaləti bərpa etməsinə töhfə verdi. Onu da qeyd edim
ki, Vətən müharibəsində gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün
xalqımız, bir yumruq kimi birləşdi”. “Eyni zamanda, vətənpərvər, milli ruhda
tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə
etdiyi uğurlarda xüsusi rolu və əməyi var. Belə ki, peşəkar gənclərimiz artıq
tibb sahəsində, elm və təhsildə, idmanda, innovasiyaların və müasir
texnologiyaların tətbiqi işində böyük uğurlara nail olublar. Xüsusilə onu
qeyd etmək gərəkdir ki, dövlətimizin yürütdüyü uğurlu gənclər siyasəti
nəticəsində son illərdə dövlət idarəçiliyində və digər sahələrdə gənc
kadrların irəli çəkilməsi, mühüm mövqe tutması təqdirəlayiq haldır.

Məmmədova Gültəkin,
Saatlı rayon Peşə Liseyinin müəllimi


Digər xəbərlər

0.24988389015198