1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub

11:02 11-03-2021 | icon 2323
1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub

1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub: “Məhz o illərdə
dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili istərsə
də, xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib. O illərdə Azərbaycan dünya
birliyinə qovuşub, özünü tanıtdıra bilib. Çox ciddi islahatlar aparılıb. Bazar
iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib. Azərbaycana böyük həcmdə
investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin
Konstitusiyası qəbul edilib. Siyasi sistem möhkəmləndirilib, ölkəmizin uğurlu
inkişafı üçün möhkəm zəmin yaradılıb”. 1993-2003-cü illər sabitlik və inkişaf illəri
kimi tarixdə qalıb: “Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu
inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam
etdirilir. Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o
illərə qayıtmalıyıq”. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan
cəmiyyətində dövlətçilik ideyalarının təbliği fundamental  mahiyyət kəsb etməyə
başladı.
Eyni zamanda, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart  hadisələrində də Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin  taleyini  xilas  edə  bildi. Bu  dövrün  əsas
xüsusiyyəti həm də,  ondan  ibarətdir ki, Heydər Əliyev  siyasi  sabitliyi  təmin
etməklə  demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.
Bu  baxımdan, həmin illərdə Azərbaycan dövlətçiliyi uğrunda  apardığı fəal
mübarizə  daha  çox  maraq  və heyranlıq  doğurur. O da məlumdur ki,  siyasi
sabitlik  təmin edilmədən hüquqi və demokratik dövlət  modelinin qurulması
mümkün deyil.  Bu  faktoru  nəzərə  alaraq  Heydər Əliyevin ölkədə  siyasi sabitliyi
təmin etməsini Azərbaycan dövlətçiliyinə qarşı çıxan  anarxist  qüvvələrin məhvi 
kimi  dəyərləndirmək olar. Siyasi  sabitlik imkan  verdi  ki, Azərbaycan dövlətinin
 iqtisadi  və  hüquqi  əsasları formalaşdırılsın. Təsadüfi  deyil  ki, Heydər
Əliyev anarxist  qüvvələrin zərərsizləşdirilməsindən  sonra  hüquqi,  iqtisadi və
demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verdi.
Bu gün də bu siyasət dəyişməz olaraq qalır: “ Bu gün Azərbaycan uğurla, inamla
inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir.
Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır”.

Binəliyev Zeynalı,
Saatlı rayon ziyalısı


Digər xəbərlər

0.32068920135498