1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub
1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olub: “Məhz o illərdə
dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili istərsə
də, xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib. O illərdə Azərbaycan dünya
birliyinə qovuşub, özünü tanıtdıra bilib. Çox ciddi islahatlar aparılıb. Bazar
iqtisadiyyatı prinsipləri üstünlük təşkil edib. Azərbaycana böyük həcmdə
investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin
Konstitusiyası qəbul edilib. Siyasi sistem möhkəmləndirilib, ölkəmizin uğurlu
inkişafı üçün möhkəm zəmin yaradılıb”. 1993-2003-cü illər sabitlik və inkişaf illəri
kimi tarixdə qalıb: “Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu
inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam
etdirilir. Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o
illərə qayıtmalıyıq”. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan
cəmiyyətində dövlətçilik ideyalarının təbliği fundamental mahiyyət kəsb etməyə
başladı.
Eyni zamanda, 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində də Heydər
Əliyev Azərbaycan dövlətçiliyinin taleyini xilas edə bildi. Bu dövrün əsas
xüsusiyyəti həm də, ondan ibarətdir ki, Heydər Əliyev siyasi sabitliyi təmin
etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.
Bu baxımdan, həmin illərdə Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəal
mübarizə daha çox maraq və heyranlıq doğurur. O da məlumdur ki, siyasi
sabitlik təmin edilmədən hüquqi və demokratik dövlət modelinin qurulması
mümkün deyil. Bu faktoru nəzərə alaraq Heydər Əliyevin ölkədə siyasi sabitliyi
təmin etməsini Azərbaycan dövlətçiliyinə qarşı çıxan anarxist qüvvələrin məhvi
kimi dəyərləndirmək olar. Siyasi sabitlik imkan verdi ki, Azərbaycan dövlətinin
iqtisadi və hüquqi əsasları formalaşdırılsın. Təsadüfi deyil ki, Heydər
Əliyev anarxist qüvvələrin zərərsizləşdirilməsindən sonra hüquqi, iqtisadi və
demokratik sahədə kardinal islahatlar proqramının həyata keçirilməsinə start verdi.
Bu gün də bu siyasət dəyişməz olaraq qalır: “ Bu gün Azərbaycan uğurla, inamla
inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir.
Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır”.
Binəliyev Zeynalı,
Saatlı rayon ziyalısı
-
Prezidentin regionlara səfəri - Bölgələrin inkişafına kompleks yanaşma
...
-
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə - Paylaşım
...
-
İlham Əliyevdən Ramazan bayramı ilə bağlı paylaşım - Foto
...
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...