Gömrükçülər növbəti qaçaqmalçılığı aşkar ediblər
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub-olmaması barədə sorğu-sual aparılıb.
Bu barədə Oxu.Az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirirb. Qanunvericiliyə uyğun olaraq avtomobildə və sürücünün üzərində aparılan gömrük yoxlaması zamanı isə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar olunub.
Belə ki, avtomobilin ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, üzərində “Marlboro” sözləri yazılan 8 min ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 1 ədəd “Samsung Galaxy J5(6)”, 1 ədəd “Samsung Galaxy J5 Prime” markalı mobil telefonlar, arxa oturacağın üzərindən və yük yerindən gömrük orqanına bəyan edilməyən 6 ədəd qutusunun üzərində “Dupont Freon R 22” yazısı olan, kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonu aşkar edilib.
Daha sonra sürücünün üzərinə gömrük baxışı keçirilib və 5 ədəd “Samsung Galaxy J3 (6)”, 1 ədəd “Samsung Galaxy J2 Prime” markalı telefon da aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
A.M.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...