Qəbələdə heç-heçə, “Neftçi”dən darmadağın

09:29 15-03-2021 | icon 2016
Qəbələdə heç-heçə, “Neftçi”dən darmadağın

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub. 

Sonuncu oyun günündə “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərə aydınlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Turun qapanış matçında isə “Neftçi” “Səbail”i 4:0 hesabı ilə darmadağın edib.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”a 2:0 hesabıyla qalib gəlibsə, “Sumqayıt” – “Keşlə” görüşündə qalib müəyyənləşməyib – 2:2. 

Azərbaycan Premyer Liqası

20-ci tur

14 mart 

“Qəbələ” – “Zirə” 1:1

Qol: V.Medimoreç, 23 – F.Melivilo, 90+4.

Qırmızı vərəqə: M.Giqauri, 29.

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.

Qəbələ şəhər stadionu

“Neftçi” – “Səbail” 4:0

Qol: N.Ələsgərov, 5. S.Monroz, 65. Y.Laval, 69. M.Çelik, 75.

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov.

Bakı. “Bakcell Arena”.


Digər xəbərlər

0.27135014533997