Çingiz Hüseynzadə EOC İcraiyyə Komitəsinə yenidən namizəd olmadı
Avropa Olimpiya Komitəsinin (EOC) rəhbər heyətinə növbəti müddət üçün namizədlər açıqlanıb.
Növbəti 4 il müddətinə EOC-un prezidenti vəzifəsinə danimarkalı Nils Niqard və yunanıstanlı Spiros Kapralosun namizədliyi irəli sürülüb.
Litvalı Dayna Qudzineviçyute vitse-prezident, italiyalı Raffaele Panyotsi və slovakiyalı Jozef Liba baş katib, avstriyalı Peter Mennel isə xəzinədar vəzifəsinə iddia edir.
Daha 18 şəxs isə İcraiyyə Komitəsi üzvlüyü üçün qeydiyyatdan keçib. Bunların arasında türkiyəli biznesmen və idman fuksioneri Hasan Arat da var.
Əvəzində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin adı siyahıda yoxdur. Hüseynzadə "Report"a açıqlamasında bu dəfə namizədliyini irəli sürmədiyini bildirib. O, Olimpiya Oyunları komissiyasının rəhbəri kimi qalacağını sözlərinə əlavə edib.
Qeyd edək ki, Çingiz Hüseynzadə 2013-cü ildən EOC İcraiyyə Komitəsinin üzvüdür. Növbəti seçkinin 10 - 11 iyunda Yunanıstanın paytaxtı Afinadakı EOC Baş Assambleyasında keçirilməsi nəzərdə tutulurdu. Lakin toplantı koronavirus pandemiyası ilə bağlı vəziyyət üzündən qeyri-müəyyən müddətə təxirə salınıb.
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...