Prezident Daşaltıya da getdi - Video

02:07 17-03-2021 | icon 2217
Prezident Daşaltıya da getdi - Video

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Şuşaya səfəri zamanı Azərbaycan tarixində xüsusi yeri olan Daşaltı kəndinə də baş çəkiblər.

Birinci xanım Mehriban Əliyeva bununla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

İlk görüntülər Yeni Daşaltıda lentə alınıb. Burada dövlət başçısı Yeni Daşaltıdan görünən Böyük və Kiçik Kirs dağlarını göstərib.

 

İkinci video isə onların kəndə girişini əks etdirir. Prezident yolun hər iki tərəfini işarə edərək, kənd barədə danışır:

“Daşaltı kəndi də işğaldan azad olunub. Bizim müzəffər ordumuz Daşaltıdan qalxaraq, sıldırım qayaları qət edərək, Şuşaya daxil olub. Qabaqda Böyük Kirs dağıdır.

Azərbaycanın gözəl təbiəti gözümüzün önündədir. Hansı tərəfə baxsan, gözəllik, yaşıllıq Azərbaycan torpağıdır, Qarabağ torpağıdır. Bundan sonra Azərbaycan xalqı burada əbədi yaşayacaq!”

 

 
 
 

Digər xəbərlər

0.22903180122375