Sərbəst güləşçilərimiz lisenziya turnirində mübarizəyə başlayır
Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri start götürəcək.
Martın 21-dək davam edəcək yarışda Azərbaycanın 16 pəhləvanı mübarizə aparacaq.
Yarışın ilk günündə sərbəst güləşçilər İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) qüvvəsini sınayacaq. Məhəmmədov mübarizəyə 1/4 finaldan, digərləri isə 1/8 finaldan başlayacaqlar.
Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Sərbəst güləş
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)
Qeyd edək ki, martın 19 - 20-də qadın, 20 - 21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq
Qadınlardan ibarət millinin tərkibində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) çıxış edəcək.
Yunan-Roma güləşçilərindən isə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) olimpiadaya lisenziya qazanmağa çalışacaq.
-
I Liqa: "Qaradağ Lökbatan" liderliyini möhkəmləndirdi
...
-
Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
...
-
"Red Bull Four 2 Score Azerbaijan" ölkə finalı keçiriləcək
...
-
Millimizə 20 futbolçu dəvət olundu
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
...
-
Ümumdünya Antidopinq Agentliyi (WADA) 2024-cü il 19 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib
...
-
Azərbaycanın bank sektorunun əməkdaşları Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə keçirilən bilyard turnirində mübarizə aparırlar
...
-
Tarix yazan qızlarımız - Onlar kimlərdir?
...
-
"Araz Saatlının" baş məşqçisi: "Vəziyyətimiz ağırdı"
...
-
Rüstəm Əhmədzadə: "Sona qədər mübarizə aparacağıq"
...