Goranboy rayon İcra Hakimiyyətinin başçısı Fəxralı kəndi Şəhidlər Xiyabanında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub

10:19 18-03-2021 | icon 2138
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Fəxralı kəndi Şəhidlər Xiyabanında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və ruhlarına ehtiram əlaməti olaraq, Fəxraı kəndi Şəhidlər Xiyabanında yenidənqurma – abadlıq işləri sürətlə aparılır. Xiyabanda hasar və səkilərdə üzlüklər  yenilənir, ərazi abadlaşdırılır,  ağac və gül kollarının əkilməsi və Xiyabanın adını bildirən lövhənin və xatirə barolyefinin quraşdırılması nəzərdə tutulur. İcra başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, işlərin keyfiyyətlə və məqsədyönlü qaydada aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini bildirdi.

 


Digər xəbərlər

0.25735306739807