Prezident “Azərxalça”ya yeni sədr təyin etdi

16:15 18-03-2021 | icon 1580
Prezident “Azərxalça”ya yeni sədr təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib. 

Sərəncama əsasən, Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. 

 

Xatırladaq ki, “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri Vidadi Muradov barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. V. Muradov vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəyib. 


Digər xəbərlər

0.25626087188721