Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

09:39 19-03-2021 | icon 2418
Hacı Əliyev Olimpiadaya lisenziya qazandı

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.

Birinci yarış günündə sərbəst güləşçilər mübarizə aparırlar.

Turnirdə 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib. Moldova güləşçisinə də qalib gələn H.Əliyev finala yüksəlməklə Olimpiadaya lisenziya əldə edib.

Həlledici görüş martın 19-da keçiriləcək.


Digər xəbərlər

0.27411603927612