Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb - FOTO VİDEO

06:03 21-03-2021 | icon 2072
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılıb - FOTO VİDEO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası davam edir. Yenidənqurma işləri Prezident İlham Əliyevin “Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında” 2019-cu il 13 noyabr tarixli Sərəncamına əsasən aparılır.

Ilkin mərhələdə Yevlax şəhərinin sutəmizləyici qurğular kompleksinin inşası həyata keçirilir. Layihəyə uyğun olaraq 1250 kubmetrlik 2 su anbarının, xam su nasos stansiyasının, əks yuma stansiyasının, filtr və kimya binalarının, su anbarı siyirtmə otağının, iki ədəd dinamik qarışdırıcı mikserin, iki ədəd sərfölçmə kamerasının, paylayıcı kameranın, ara hovuzunun, yeddi ədəd siyirtmə otağının, tullantı su anbarının və sair inşası nəzərdə tutulur.

“Azərsu” ASC-nin mühəndisi Sabir Həsənov bildirib ki, sutəmizləyici qurğular sutkada 20 min kubmetr suyun təmizlənərək yeni inşa edilmiş iki ədəd su anbarına ötürmək gücünə malikdir. Qurğunun digər qurğulardan üstün cəhəti ondan ibarətdir ki, Kür çayından xam su götürüldükdən sonra sudurulducu hovuzlara ötürüləcək. Su burada çökdürüldükdən sonra filtr və kimya binalarına, oradan isə anbarlara ötürüləcək.

Artıq layihə üzrə işlərin 70 faizi icra olunub. Sutəmizləyici qurğular kompleksinin inşası başa çatdıqdan sonra Yevlax şəhərində 128 kilometr uzunluğunda müxtəlif diametrli borulardan ibarət su şəbəkəsinin çəkilməsi nəzərdə tutulur.


Digər xəbərlər

0.27250385284424