Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

05:51 30-03-2021 | icon 2104
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Aprelin 3-də Rusiyanın paytaxtı Moskvada start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Federasiyadan verilən məlumata görə, 9 gün davam edəcək yarışda Boyanka Kostova (59 kq) qadınların, Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilərin mübarizəsinə qatılacaq.

İdmançılar baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 361 idmançının (179 qadın + 182 kişi) iştirakı gözlənilir.

Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.


Digər xəbərlər

0.23640298843384