Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Aprelin 3-də Rusiyanın paytaxtı Moskvada start götürəcək ağırlıqqaldırma üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyadan verilən məlumata görə, 9 gün davam edəcək yarışda Boyanka Kostova (59 kq) qadınların, Əliş Nəzərov (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) kişilərin mübarizəsinə qatılacaq.
İdmançılar baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, Avropa çempionatında 40 ölkədən 361 idmançının (179 qadın + 182 kişi) iştirakı gözlənilir.
Azərbaycanı hakim qismində beynəlxalq dərəcəli hakim Vahid Nəzərov təmsil edəcək.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...