Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan - Açıqlama

05:52 30-03-2021 | icon 2088
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı rəsmi Ankaradan - Açıqlama

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq müddəti hər iki ölkədə sona çatıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Beləliklə, iki ölkə vətəndaşları Türkiyə ilə Azərbaycan arasında birbaşa uçuşlar zamanı pasporta ehtiyac olmadan yalnız yeni növ şəxsiyyət vəsiqələrini təqdim edərək səyahət edə bilərlər.

“1 aprel 2021-ci il tarixindən etibarən can Azərbaycan ilə həyata keçiriləcək yeni tənzimləmə ölkələrimiz arasında “iki dövlət, bir millət” ifadəsində ifadə olunan möhkəm qardaşlıq bağlarını daha da gücləndirəcəkdir”,- deyə Türkiyə XİN-in açıqlamasında qeyd olunub.


Digər xəbərlər

0.32889795303345