Ramazan ayı ilə bağlı fətva veriləcək

05:53 30-03-2021 | icon 1750
Ramazan ayı ilə bağlı fətva veriləcək

Yaxın günlərdə QMİ Qazılar Şurasının toplantısı olacaq və Ramazan ayının başlanması ilə əlaqədar müvafiq Fətva veriləcək.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının Fətvasında bəyan ediləcək.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.


Digər xəbərlər

0.26960802078247