Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınmasının əsas səbəbidir

15:00 28-03-2021 | icon 1838
Ulu Öndər Heydər Əliyevin nüfuzu və xalqın dəstəyi dövlət çevrilişinin qarşısının alınmasının əsas səbəbidir

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gəlişindən sonra
müstəqil Azərbaycanın tədricən beynəlxalq aləmdə mövqelərini möhkəmləndirməsi hakimiyyəti ələ
keçirmək istəyən bəzi qüvvələrin qısqanclığına səbəb olmuşdu. 1994-cü ilin sentyabrında “Əsrin
müqaviləsi” imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan
üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitlyin bərqərar
olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Bu inkişafı
gözü götürməyən qüvvələr həmin ilin oktyabrında dövlət çevrilişi etməyə cəhd göstərsələr də, son
anda ümummilli lider Heydər Əliyev qətiyyəti qarşısında təslim oldular. Sən demə, bu xəyanətkar
qüvvələr pusquda dayanıb yeni bir məqam gözləyirlərmiş. Onların birinci xəyanətkarlığı ifşa
edildikdən sonra həmin qüvvələr bundan nəticə çıxarmaq əvəzinə, növbəti xəyanətkarlıq barədə
düşünürlərmiş. Onlara, xüsusilə də bu antidövlət kampaniyasında fəallıq göstərən Xüsusi Təyinatlı
Polis Dəstəsinə rəhbərlik edən Mahir və Rövşən Cavadov qardaşları 1995-ci ilin martında yenidən
öz çirkin niyyətlərini həyata keçirməyə başladılar. Bu dəfə artıq plan dəyişmişdi. XTPD-nin üzvləri öz
xəyanətkar əməllərinə regionlarda başlamışdılar. 1995-ci il martın 12-dən 13-nə keçən gecə Qazax
rayonunun Xüsusi Təyinatlı Polis Dəstəsinin bölmələri Müdafiə Nazirliyinin bu ərazidəki hərbi
hissələrindən birinə silahlı basqın edərək 5 ədəd zirehli texnika ələ keçirdilər. Onu da qeyd edək ki,
Rövşən Cavadovun himayədarlıq etdiyi bu dəstə neçə vaxt idi ki, benzin, narkotik maddələr
qaçaqmalçılığı və silah alveri ilə məşğul olurdu. Onlar artıq kimsəyə tabe olmaq istəmirdilər. Xidməti
nizamnamə tələblərini kobud surətdə pozan dəstənin müəyyən hissəsi qatı cinayətkar əməllər
törətməkdən belə çəkinmirdilər. Onlar Mahir və Rövşən Cavadov qardaşlarının tapşırıqlarını yerinə
yetirərkən Qazax və Ağstafada, həmçinin ətraf bölgələrdə dövlətçiliyimizə arxadan zərbə vura
biləcək qanunsuz addımlar atır, erməni təcavüzü altında yaşayan regionun əhalisini vahimə
içərisində saxlayırdılar. Hüquq-mühafizə orqanlarının normal fəaliyyətini pozan XTPD-nin
idarəolunmaz bir quruma çevrilməsi ictimaiyyətin hiddətinə səbəb olmuşdu. XTPD üzvlərinin
özbaşınalıqları, xüsusi azğınlıqla fərqlənən cinayət əməlləri bu qurumun sağlam, vətənpərvər,
xalqını, millətini sevən üzvlərini də nüfuzdan salır, onların üzərinə kölgə salınmasına gətirib
çıxarırdı. Artıq xalq XTPD-ni qanunun və asayişin keşiyində duran bir qurum kimi deyil, azğınlaşmış
bir cinayətkar dəstə kimi tanıyırdı. Çünki qısa vaxt ərzində artıq ikinci dəfə bu qurumun üzvləri silahlı
yolla hakimiyyəti ələ keçirməyə cəhd göstərirdi. Onlar Qazax və Ağstafa rayonlarında kriminogen
vəziyyəti getdikcə gərginləşdirir, dövlət idarələrinin normal fəaliyyətini pozmağa çalışırdılar.
Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə hakimiyyətə rəhbərlik edənlərin cəsarətsizliyindən,
qorxaqlığından və qeyri-prinsipiallığından yararlanan belə qüvvələr qanunlara tabe olmaq istəmir,
soyğunçuluq, quldurluq əməllərini davam etdirir, öz hegemonluqlarını qoruyub saxlamağa
çalışırdılar. Lakin onlar sanki unudurdular ki, hakimiyyətə ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət
rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti martın 15-də televiziya və radio ilə çıxışında
Rövşən Cavadovu, onun dəstəsini, daxildən və xaricdən ona havadarlıq edən, güc verən, onu
istiqamətləndirən, bu işlərə sövq etdirən qüvvələri Azərbaycanı dağıtmaqdan, qan tökməkdən
çəkinməyə çağırmış, Azərbaycan dövlətçiliyini qorumağın vacibliyi barədə müraciət etmiş,
ictimaiyyətin təsirindən istifadə etməyə çalışmış, XTPD-nin əmrə tabe olmayan üzvlərinin çirkin
əməllərdən əl çəkəcəkləri, silahı təhvil verəcəkləri təqdirdə, əfv olunacağına, işlə təmin ediləcəyinə,
onlara qayğı göstəriləcəyinə təminat vermiş və bunları martın 16-da verdiyi fərmanla təsdiqləmişdir.
Martın 16-da keçmiş XTPD-nin komandiri Şahmuradovu və onun müavini Cəfərovu qəbul etmiş, bir
daha silahı yerə qoymağın, cinayət yolundan qayıtmağın vacibliyini onlara izah etmişdir. Lakin bütün
mümkün vasitələrdən istifadə edilməsi müsbət nəticə verməmişdir. 1995-ci ilin mart hadisələrinin
qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi
bir şəxsiyyətin Azərbaycana rəhbərliyi həm xalqı, həm də dövləti xilas edib. Bundan sonra
Azərbaycanın müstəqilliyi daha da möhkəmləndirildi və əbədi oldu.


Sürəyya Zeynalova
Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru


Digər xəbərlər

0.20403099060059