Azərbaycan millisi Serbiyaya qarşı

06:08 30-03-2021 | icon 2260
Azərbaycan millisi Serbiyaya qarşı

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Yığmamız DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə üz-üzə gələcək.

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək. İlk turda Portuqaliya ilə səfərdə qarşılaşan və 0:1 hesabıyla məğlub olan yığmamız bu dəfə ilk ev oyununda ilk xalını qazanmağa çalışacaq.

Qeyd edək ki, Serbiya yığması millimizdən fərqli olaraq, seçmə mərhələdə üçüncü matçına çıxacaq. İlk turda İrlandiyaya doğma meydanda 3:2 hesabıyla qalib gəlmiş serblər ikinci turda da Portuqaliya ilə evdə 2:2 hesablı heç-heçəyə razılaşıblar.
 
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
30 mart

 
20:00. Azərbaycan - Serbiya
Hakimlər: Roy Reynşreyber, David Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Bakı Olimpiya Stadionu.


Digər xəbərlər

0.29237413406372