Daha bir cüdoçumuz medal qazandı
Azərbaycan cüdoçusu Murad Fətiyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.
Yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Danial Stepien (Polşa) və Din Gemeri (İsrail) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Vədat Albayrak (Türkiyə) ilə dueldən məğlub ayrılıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təsəlliverici qarşılaşmada Rusiyanı təmsil edən erməni əsilli David Karapetyanla görüşməli idi. Rəqibi tatamiyə çıxmadığı üçün Fətiyev qalib elan edilib. 3-cü yer uğrunda qarşılaşmada italiyalı rəqibi Antonio Espozitoya qalib gələn cüdoçumuz bürünc medal qazanıb.
Beləliklə ardıcıl iki nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Tatamiyə çıxan digər iki cüdoçumuz - Zelim Çkayev(-81 kq) və Günel Həsənova(-70 kq) ilkin mərhələdə uduzub.
Qeyd edək ki, ilk yarış günündə 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə bürünc medal əldə edib.
Böyük Dəbilqəyə aprelin 3-də yekun vurulacaq. Milli komandamız turnirdə 13 cüdoçu ilə təmsil olunur.
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...