"Zirə"nin 3 futbolçusunda koronavirus aşkarlandı

07:39 03-04-2021 | icon 1477

Azərbaycan Premyer Liqasının XXI turunda "Səbail"lə qarşılaşacaq "Zirə" komandasının 3 futbolçusunda koronavirus aşkarlanıb.

Riçard Almeyda, Fakundo Melivilo və Vüsal Əliyevdən bir neçə gün öncə götürülmüş testlərin nəticəsi müsbət çıxıb.

Hazırda karantində olan oyunçuların müalicəsi davam edir.

"Dənizçilər"in heyətində isə yoluxma halı qeydə alınmayıb.

Qeyd edək ki, aprelin 3-də keçiriləcək "Səbail" - "Zirə" matçı saat 16:30-da başlayacaq.


Digər xəbərlər

0.20983195304871