Rəmiş vəfat etdi

14:12 05-04-2021 | icon 2428
Rəmiş vəfat etdi

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) vəfat edib.

Bu barədə APA-ya onun həyat yoldaşı Güllü Hüseynova məlumat verib.

Qeyd edək ki, Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulub. 

Xalq artistləri- Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət edib və başqa dahi şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak edib.

Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. Azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilib.

İfaçı 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Xalq artisti" fəxri adına layiq görülüb. 

Rəmiş Güllü Hüseynovayla evlidir, bu evlilikdən öncə, iki dəfə evlilik həyatı sürüb, iki qız atasıdır bir oğlu rəhmətə gedib, Rəmiş öz atasının Hüseyn adını ona vermişdi.

Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi. 

 

 
 
 

Digər xəbərlər

0.25598907470703