Münaqişə öz hərbi siyasi həllini tapdı

11:43 05-04-2021 | icon 2052
Münaqişə öz hərbi siyasi həllini tapdı

30 ilə yaxın müddətdə Ermənistan, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla
BMT – təhlükəsizlik şurasının 4 məlum qətnamələrini yerinə yertirmir, münaqişəni
dondurmağa çalışır və Azərbaycanı təxribata çəkirdi. Təbii ki, dövlətimiz bu
təxribatlara uymurdu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan
cənab İlham Əliyev bütün konfranslarda, görüşlərdə, çıxışlarında Dağlıq Qarabağ
münaqişəsini ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını
qeyd edərək deyirdi: Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunmasa biz digər yollardan istifadə edərək öz torpaqlarımızı işğaldan azad
edəcəyik.
27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun təxribatına cavab olaraq
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin
əmri ilə şanlı Azərbaycan ordusu əks hücuma keçərək 44 gün ərzində işğal altında
olan torpaqlarımızı işğaldan azad etdi.
Bu hücumun qarşısında aciz olan məğlubiyyətə uğrayan ermənistan ordusu və
rəhbərliyi Rusiya prezidentindən müharibəni dayandırılması barədə xahiş etmişdir.
2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri,
ermənistanın isə baş naziri bəyanat imzalayaraq müharibəni dayandırırlar. Bu
bəyanata əsasən digər rayonlarımızda artıq siyasi yollarla Azərbaycana qaytarıldı.
Beləliklə məsələ hərbi-siyasi yollarla həll olundu. Təbii ki, bu məsələnin belə həlli
xalqında ürəyindən idi. Çünki münaqişənin qalan hissəsinin siyasi yolla həlli itkilərin
qarşısının alınması və cənab Prezidentimiz İlham Əliyevin insanların, hərbiçilərin
həyatına verdiyi yüksək qiymətdir. Əminliklə deyə bilərik ki, artıq Dağlıq Qarabağ
məsələsi, Dağlıq Qarabağ münaqişəsi həll olunmuşdur. Digər tərəfdən isə cənab
prezidentimiz İlham Əliyevin dediyi kimi Dağlıq Qarabağ adına hər hansı bir ərazi
vahidi yoxdur.
Azərbaycan bu məsələni həll edib - ərazi bütövlüyünün bərpasını təmin edib. Hal-
hazırda yalnız Qarabağ zonasında olan rayonların hər birinin öz ərazi vahidi var.
Bəli, Azərbaycan dövləti, xalqı, ordusu cənab prezident, Ali baş komandan İlham
Əliyevin rəhbərliyi altında tarixi zəfər əldə edib. Bu qələbənin qazanılması cənab
prezident İlham Əliyevin iradəsi, xalqla ordunun birliyi və cənab Prezidentin dediyi və
göstərdiyi dəmir yumruğun nəticəsidir.
Bundan sonra arxa cəbhədə - zəfər qazanmaq üçün erməni vandalları tərəfindən
dağıdılıb, viran edilib, məhv edilmiş rayonlarımızın, kəndlərimizin ərazilərində
başlanmış bərpa işlərində yaxından iştirak etməliyik.

Çingiz Fətullayev,
Saatlı rayon ziyalısı


Digər xəbərlər

0.19693088531494