İdmançımız Avropa çempionu oldu
Azərbaycanın ağırlıqqaldıranı Boyanka Kostova Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
59 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 95 kq-la bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazanıb.
Ümumilikdə 211 kq (95 + 116) nəticə göstərən Kostova yekun sıralamada da Avropa çempionu olub.
Qeyd edək ki, yarışda Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.
Xatırladaq ki, Boyanka Kostova 2012, 2015 və 2016-ci illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.
-
Şəhriyar Məmmədov pessimizmə qapılmır
...
-
Klub rəhbəri: "Ən yaxşı oyunlarımızdan birini keçirdik"
...
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...