Millimiz qrupda birinci oldu
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.
Levice şəhərindəki idman zalında keçirilən oyuna Bakı vaxtı ilə saat 18:00-da start verilib.
Qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edib. Əvvəlki dörd oyunun hamısında qələbə qazanmış yığmamız artıq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Millimiz bu oyunda da uduzmasa, qrup birinciliyini təmin etmiş olacaqdı. Komandamız bu oyunun böyük hissəsini məğlub durumda keçirsə də, son saniyələrdə vurduğu qolla heç-heçəyə nail olub. Beləcə, yığmamız AÇ-yə qrup lideri kimi vəsiqə qazanıb.
Xatırladaq ki, Slovakiya və Azərbaycan yığmaları arasında Bakıda baş tutmuş ilk oyunda millimiz 4:1 hesabıyla qalib gəlmişdi. Moldovanı da Bakıda 5:1 hesabıyla yenən komandamız bu komandaya səfərdə də 5:3 qalib gəlib, Yunanıstanı isə 3:0 üstələyib.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
8 aprel
Slovakiya – Azərbaycan 1:1
Qol: M.Doşa, 15 – Qalo, 40.
Hakimlər: Kirill Nayshouler (Finlandiya), Arttu Kiynaeraeynen (Finlandiya), Martin Matula (Slovakiya).
Timekeeper: Miroslav Jezik (Slovakiya).
Hakim-inspektor: Perri Qautye Perry (Belçika).
UEFA nümayəndəsi: Sin Dipple (İngiltərə).
Slovakiya. Levice.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...