Sabah hava necə olacaq?
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
Sabahın havası açıqlandı
...
-
Bolqarıstanla əlaqələr uğurlu və faydalıdır
...
-
Azərbaycanın potensialı kifayət qədər genişdir
...
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...