Neft yenidən bahalaşmağa başladı
Neft bazarında hakim olan nikbinlik nəticəsində qiymətlər yenidən qalxmağa başlayıb.
“Brent” markalı neftin iyun fyuçersləri 0,23 faiz bahalaşaraq 66,73 ABŞ dollarından, WTI markalı neftin may fyuçersləri isə 0,13 faiz bahalaşaraq 63,23 dollardan satılıb.
Xatırladaq ki, ötən gün neft qiymətləri 5 faizədək artıb. Hazırda bazarda bərqərar olan nikbinlik yenə də təkliflə tələbat arasındakı tarazlıqla bağlıdır. Belə ki, dünən ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində son iki ayda ən kəskin azalaraq 492,4 milyon barelədək gerilədiyi hökumət tərəfindən elan edilib, Beynəlxalq Enerji Agentliyi (IEA) isə 2021-ci ildə neftə tələbata dair proqnozunu artırıb.
“Energy Aspects”in ekspertlərinin WSJ-yə bildirdikləri kimi, dünyada neftə tələbat qeyri-bərabər də olsa, bərpa olunur. Həmçinin ABŞ-da iqtisadi artımla bağlı rəqəmlər də neft bazarındakı nikbinliyə təkan verir. Belə ki, mart ayında pərakəndə satışların həcmi 9,8 faiz artıb ki, bu da 2020-ci ilin may ayından bu yana ən yüksək göstəricidir.
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...