Taleh Qaraşov onlayn müşavirə keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirkı ilə videobağlantı vasitəsilə onlayn müşavirə keçirib.
Müşavirəni giriş sözü ilə açan İcra başçısı rayonda koronavirus (COVID-19) pandemiyası ilə bağlı həyata keçirilən vaksinasiya tədbirlərinin müvəffəqiyyətlə davam etdiyini bildirərək, bu işdə fəallıq göstərən müvafiq qurumların rəhbərlərinə təşəkkürünü çatdırıb.
T.Qaraşov əhalinin bütün təbəqələrinin bundan sonra da vaksinasiyaya cəlb olunmasının vacibliyini qeyd edib. Nəzərə çatdırılıb ki, rayonda indiyə kimi 18 min nəfər koronavirusa qarşı peyvənd olunub.
İcra başçısı rayonda abadlıq-quruculuq və səliqə-səhman işlərinin mütəmadi davam etdirilməsinə, yaşıllıqların qorunmasına nəzarətin gücləndirilməsinə, habelə ictimai işlərə davamiyyətin artırılmasına dair müşavirə iştirakçılarına tapşırıqlarını verib.
Müşavirədə həmçinin rayonda baramaçılığın inkişaf etdirilməsi ilə əlaqədar qarşıda duran məsələlər müzakirə olunub. T.Qaraşov kümçülərlə maarifləndirici söhbətlərin aparılmasının əhəmiyyətindən danışaraq onların qayğılarına diqqətlə yanaşmağı, mövcud kümxanaların dezinfeksiya olunaraq tam hazır vəziyyətə gətirilməsini də mühüm vəzifə kimi icra nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıb.
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...
-
Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - VİDEO
...
-
Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
...