Bu il Azərbaycanda 8,8 mln ton neft hasil edilib

22:19 21-04-2021 | icon 1774
Bu il Azərbaycanda 8,8 mln ton neft hasil edilib

Bu ilin I rübündə Azərbaycanda təxminən 8,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 552 min ton az olub.

Bu dövrdə respublika üzrə neft hasilatının 5,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 959 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.


Digər xəbərlər

0.21337509155273