"Qarabağ" "Sumqayıt"la qolsuz heç-heçə etdi

22:24 21-04-2021 | icon 2070

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün son matçında "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Günün ilk oyununda isə "Zirə" səfərdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 29-da olacaq.


Digər xəbərlər

0.25716805458069