Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı narkotiklə tutuldu - Təfərrüat
Binəqədi rayonu ərazisində yerləşən Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində məhkum üçün narkotik vasitə keçirməyə cəhd edilib
Politika.Az xəbər verir ki, 57 yaşlı Piriyeva Zəminə Pirəli qızı həbsdə olan qardaşı Zeynal Piriyev üçün narkotik vasitə hesab olunan 11 qram heroini soğanın içində keçirmək istəyərkən saxlanılıb.
Saxlanılan şəxsin sözlərinə görə, tanımadığı şəxs ona zəng edərək Z.Piriyevə sovqat göndərmək istədiyini bildirib. Qadın da qardaşı oğlu Əfsunu həmin sovqatın dalınca göndərib. Səhərisi gün isə qardaşının yanına görüşə gəlib və orada Penitensiar Xidmətin əməkdaşları ərzaq məhsullarına baxış keçirən zaman soğanın içərisindən 2 bükümdə heroin aşkar ediblər.
İlkin istintaq hərəkətləri zamanı Zeynal Piriyevin 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edildiyi məlum olub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Zəminə Piriyevaya qarşı 234.4.3 maddəsi ilə cinayət işi başlanıb və şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, saxlanılan qadın Dövlət Sosial Müdafiə Fondunun əməkdaşıdır.
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...