Ölkəmizdə yol infrastrukturunun inkişafı əlavə imkanlar yaradacaqdır

13:10 23-04-2021 | icon 2069
Ölkəmizdə yol infrastrukturunun inkişafı əlavə imkanlar yaradacaqdır

Düşmən üzərində şanlı qələbənin nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Müharibənin ağır nəticələrini aradan qaldırmaq, işğaldan azad olunmuş ərazilərimizdə
infrastruktur layihələrin icrasına başlanıldı, özü də müharibə sona yetdikdən dərhal
sonra. Bu Azərbaycanın güclü iqtisadiyyatı və qüdrətli ölkə olmasından irəli gəlir. Bəli
bu infrastruktur layihələrinin dünyanın gözü qarşısında uğurla və davamlı şəkildə
həyata keçirilməsinə hələ də qısqanclıqla yanaşan dövlətlər var. Amma bütün bunlara
baxmayaraq, ölkə başçımız cənab İlham Əliyevin siyasi iradəsi nəticəsində azad
olunmuş ərazilərimizdə bu layihələrin uğurla və mərhələli şəkildə icrası davam etdirilir.
İlkin layihələr arasında yol infrastrukturunun yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Bununla bağlı bütün istiqamətlər üzrə işlər sürətlə davam edir. İlk növbədə Füzuli-Şuşa
yolu, Zəfər yolu, magistral yolumuz çəkilir. Yaxın gələcəkdə isə Horadiz-Zəngilan
avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Horadiz, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam,
Göygöl-Toğanlı-Kəlbəcər avtomobil yollarının tikintisinə start verilib və bununla paralel
olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu da çəkilməkdədir. Bu yol
Zəngəzur dəhlizinə gedib çatacaqdır. Və artıq nəzərdə tutulan cədvəl üzrə işlər
aparılır.
Hər şeydən öncə qeyd olunmalıdır ki, bütün bu məsələlər dövlət başçımız cənab İlham
Əliyevin daim diqqət mərkəzindədir. Haraya səfər etməsindən aslı olmayaraq işğal
altından azad olunmuş ərazilərimizdə infrastruktur layihələrin icrası ilə maraqlanır, ilk
növbədə elektrik və yol infrastruktularının yaradılmasına öz dəyərli tövhələrini verir.
Əlbəttə tarixən Azərbaycan ipək yolu üzərində olub, avrasiya məkanında, yolların
qovuşduğu bir məkanda yerləşib. Mövcud olmuş yolların bərpası və yeni yolların
tikintisinin həyata keçirilməsi ümumilikdə region ölkələrin iqtisadiyyatına böyük təsir
göstərəcəkdir. Bu baxımdan Zəngəzur dəhlizi üzərində həyata keçirilən yol
infrastrukturunun yaradılması həm ölkəmiz üçün, həm də qonşu ölkələr üçün böyük
əhəmiyyət kəsb edir. Hətta ermənistan da bunndan bəhrələnə bilər.
Yol mədəniyyətdir. İnanıram ki, yol infrastrukturunun yaradılması regionda
iqtisadiyyatın inkişafını, əməkdaşlığın genişlənməsini və sülhün təminini
reallaşdıracaqdır.

Rauf Salmanov,
Saatlı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi


Digər xəbərlər

0.19690704345703