Günün ulduz falı: 27 aprel, 2021 - Peşə fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal, rahat şəraitdə müzakirə etmək olar

06:26 27-04-2021 | icon 1951
Günün ulduz falı: 27 aprel, 2021 - Peşə fəaliyyətinizlə bağlı məsələləri qeyri-formal, rahat şəraitdə müzakirə etmək olar

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Gün ümumən pis deyil. Amma emosional fon əlverişsiz olduğundan baş verənlərdən narazı qala bilərsiniz. Yaranmış situasiyanı obyektiv dəyərləndirin. Belədə görəcəksiniz ki, durumun müsbət tərəfləri mənfi yönlərdən daha çoxdur. Mürəkkəb, ağır işlərə, genişmiqyaslı layihəyə başlamayın. Bütün diqqəti və səyləri cari işlərin görülməsinə yönəldin.

Yaşlı qohumlarla mübahisə yarana bilər. Ailədə münaqişənin formalaşmasına imkan verməyin. Çətin vəziyyətdə güzəştə getməyi bacarın.

Günün sonunda səhhətinizdə kiçik problemlər yarana bilər.

Buğa - Gərgin, mürəkkəb gündür. Mühüm qərar qəbul etmək gərəkdir. Diqqətinizi cəmləyin, konkret addımlar atın. Kimsə və ya nə isə sizi işdən, fikirlərinizdən yayındırmamalıdır. Yardım üçün dostlara və ya qohumlara uz tutsanız, yalnız vədlər alacaqsınız.

Müstəqil, təkbaşına çalışın.

Pula görə mübahisə yarana bilər. Ailə büdcəsindən istifadə ilə bağlı fərqli fikirlər var.

Günün ikinci yarısı səhhətinizə fikir verin. Alış-veriş etmək olar, amma bədxərclik etməyin.

Əkizlər - Çətinliklər və problemlər az olmasa da, onları qət etməyin yollarını tapın. Gözlənilməz təklif və dəvətlərin alınması mümkündür. Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil.

Münaqişələrin nizamlanması, umu-küsüdən sonra barışmaq, münasibətlərin bərpası, səhv addım və ya anlaşılmaz qərara görə pozulan təmasların normal hala gətirilməsi üçün yaxşı gündür.

Günün ikinci yarısında yaxşı fiziki formada olmağa çalışın. İdman və ya aktiv istirahətdə xeyir var. Pəhriz saxlamaq, sağlam qidalanmaya keçmək olar. Zərərli vərdişlərdən birindən əl çəkin.

Xərçəng - Vurnuxma və tələskənlik olmadan çalışın, düşünülməmiş addımlar atmayın. Adi, rutin rejimdə işləməyə davam edin. Yaşamınızın bir sıra sahələrində yeniliklər başlana bilər. Sizi uzun müddətdən bəri narahat edən problemi həll edin.

Günün ikinci yarısında yeni tanışlıqlar, romantik münasibətlərin başlanması istisna deyil. Həmin təmaslar bir qədər sonra həyatınızda önəmli rol oynaya bilər.

Axşam saatlarında səhhətinizdə pisləşmə, ağrıların yaranmaması üçün özünüzü qoruyun. İfrat yorğun düşməyin.

Şir - Kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli gün deyil. İri miqyaslı anlaşmalar və sövdələşmələri ertələyin. İşgüzar hissiyatınız və intuisiyanız bu gün sizi aldada bilər. Günün daha bir xoşagəlməz nüansı odur ki, sizə zərər vura biləcək insanlarla tez-tez münaqişəli vəziyyət yaradırsınız.

Sözlərinizdə və hərəkətlərinizdə təmkinli olsanız, gələcəkdə çətinliklərdən qurtula bilərsiniz.

Günün ikinci yarısında planlaşdırılmamış səfərlər, səyahətlər ola bilər. Əvvəlcədən hazırladığınız planların bəzilərindən imtina etməli olacaqsınız. Baş verənlər sizi pərişan etməsin. Ruhdan düşməyin.

Yaranmış situasiyadan yararlanmağın yollarını tapın.

Qız - Bu gün diqqət mərkəzində olacaqsınız. Yeni tanışlardan biri yaşamınızda əhəmiyyətli rol oynaya bilər. Bu gün başlayacaq münasibətlər uzun müddət davam edə bilər. Ailə işlərinə yetərincə vaxt ayırın. Yaxınlarınızdan birinin maliyyə dəstəyinə ehtiyacı var.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir. Məişət texnikası kimi praktiki baxımdan sərfəli və gərəkli əşyalarla yanaşı, sırf estetik məzmunlu predmetlər almaq olar.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Tərəzi - Gərgin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən, sakit davranmaq çətinləşir. Sizi təbdən çıxaracaq insan mütləq tapılacaq. İşgüzar məsələni həll etmək fikriniz varsa, etibarlı, sınanmış insanlarla çalışın.(milli.az)


Digər xəbərlər

0.25194001197815