ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatı Türk dünyasına qarşı ikili, məkrli siyasətinin göstəricisidir

17:10 28-04-2021 | icon 1635
ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” bəyanatı Türk dünyasına qarşı ikili, məkrli siyasətinin göstəricisidir

24 aprel 2021-ci ildə  ABŞ Prezidenti  Co  Bayden  erməni soyqırımının 106-cı ildönümü
münasibətilə çıxış etdiyi bəyanatda  “Soyqırım” ifadəsindən istifadə edib. 1 il öncə Bayden hələ namizəd
olanda Osmanlı hakimiyyətinin son illərində öldürüldüyü bildirilən 1,5 milyon ermənini yad edib, bu
qırğınları genosid kimi tanıma cəhdlərini dəstəkləyəcəyini söyləyib. Türkiyə həmin vaxt bir çox erməninin
Osmanlı qüvvələri ilə toqquşmalarda öldürüldüyünü qəbul etsə də, rəqəmin az olduğunu, həmin qırğınların
sistematik, yaxud soyqırım olmadığını bəyan edir. Türkiyə 106 il boyunca bir mövqedə idi ki, ölkə tarixində
ermənilərə qarşı heç bir soyqırım olmayıb. Və dəfələrlə 1915-ci il hadisələrinin araşdırılmasına dəvət
etmişdir. Ermənistan isə indiyədək bu çağırışa reaksiya verməyib. 
C.Baydenin bu çıxışından sonra Azərbaycan və Türkiyə liderləri arasında telefon danışığı olub. İlham Əliyev
və Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentinin “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı qınayıblar. Bu
qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb. Azərbaycan Xarici İşlər
Nazirliyi də bu barədə bəyanat verib: “Yüz il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim
edilərkən, 30 il bundan öncə  Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı
törədilən soyqırıma hələ də ədalətli qiymətin  verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.  1915-ci
il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin, məlum olduğu kimi, baş verən
hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin
dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini
qəbul etməmişdir. Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq
məqsədilə istifadə edilməsi qəbuledilməzdir”. 
C.Baydenin bu çıxışından belə nəticəyə gəlmək olur ki, seçki zamanı ona dəstək vermiş erməni lobbisinin
tələblərini yerinə yetirmiş oldu. Seçkidə qalib gəlməkdən ötrü erməni lobbisinin gücündən istifadə etdiyi
üçün qarşılığını bu şəkildə - tarixi saxtalaşdırmaqla, ikili siyasət yürütməklə ödəməsi gözlənilən addım
idi. Lakin özünü demokratik  ölkə  adlandıran  ABŞ-ın dövlət başçısının saxtakarlığa əl
atması təəssüfvericidir. Ondan əvvəlki prezidentlər Barak Obama və Donald Tramp da oxşar vədlər
verməsinə baxmayaraq, onlar erməni saxtakarlığına şərik olmadı və tarixin
təhrif edilməsini dəstəkləmədi. Bu isə Baydenin müstəqil deyil, kiminsə diqtəsi ilə hərəkət edən siyasətçi
olduğunu göstərir. 
Ermənilər xalqımızı müxtəlif vaxtlarda soyqırımına məruz qoysalar da, bu hadisələrə dünya lal, kar və kor
olmuşdur. 1905-ci il fevral və avqust aylarında Bakıda, may ayında Naxçıvanda baş verən qırğınlarda 158
Azərbaycan qəsəbəsi dağıdılmış, 10 minə yaxın insan həlak olmuşdur. 1918-ci ilin 31 mart və 3 aprel
tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı soveti
və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımda 12 minə
yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 
1988-1989-cu illərdə azərbaycanlıların deportasiyası vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi
üçün bu deportasiyanın mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: “Hər yanda birinci
mərhələdə erməni quldur dəstələri polidin və rayon rəhbərliyinin nəzarəti və iştirakı ilə azərbaycanlıların
evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər”. 
Əgər ABŞ prezidenti C.Bayden ədalətli prezidentdirsə, özünü ədalət carçısı adlandıran bir ölkəyə rəhbərlik
edirsə, Azərbaycanın başına gətirilən bu müsibətləri görməzdən gəlməzdi. ABŞ bütün bu bəlalara səbəb
olanların istəklərini həyata keçirməklə, ikili siyasət aparmaqla Prezidentimizin də dediyi kimi, tarixi səhv
etdi. Görünən odur ki, ermənilər tərəfindən siyasi alətə çevrilən uydurma “soyqırımın” dünya liderlərinin
dilindən səsləndirilməsi üçün hər cür şərəfsiz əmələ əl atılır. ABŞ prezidentinin məsələyə ikili standartlarla
yanaşması erməni lobbisinin təzyiqlərindən irəli gəlir. 
Türk dünyasına təxribat xarakterli bu addıma qarşı Türkiyə və Azərbaycan birliyi öz sözünü deyəcək. Heç bir
qüvvə Türk dünyasına zərər vura bilməyəcək, əksinə türk birliyi daha da möhkəmlənib qətiyyətli addımlar
atacaq. 


Saatlı Peşə Liseyinin “Azərbaycan dili və ədəbiyyat” müəlliməsi 
Sadıqova Könül Əyyub qızı


Digər xəbərlər

0.23134398460388