Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir

10:18 29-04-2021 | icon 2126
Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir

Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xidmət edən, təşəbbüsləri
ilə fərqlənən ölkədir. Bu zamana qədər cənab Prezident İlham Əliyevin rəhbərliyi
ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü
addımlar atılıb.
COVİD–19 pandemiyası ilə mübarizədə dövlətimizin bütün potensialı
səfərbər olunmuşdur. Onu da vurğulamaq istəyirəm ki, dövlətimiz təkcə öz
daxilində deyil, pandemiya ilə qlobal səviyyədə də mübarizə aparır. Çünki Yer
üzünün ortaq bəlası olan COVİD–19 təhlükəsindən beynəlxalq əməkdaşlıq
sayəsində qurtulmaq mümkündür. COVİD–19 pandemiyasına qarşı mübarizədə
ölkələrin səylərini birləşdirməsi, çoxtərəfli əməkdaşlıq göstərməsi təşəbbüsünü də
Azərbaycan irəli sürüb. Eyni zamanda, ölkəmiz COVİD–19-a qarşı mübarizədə
qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə
ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir. Pandemiyanın
birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq.
Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may
ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə
toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Qoşulmama
Hərəkatına başçılıq etməklə Azərbaycan pandemiyaya qarşı qlobal miqyasda
mübarizə işinə sanballı töhfə vermiş, eyni zamanda, Hərəkatın nüfuzunun
beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində çox mühüm
təşəbbüslər irəli sürmüşdür. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə
Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırmış,
Azərbaycanın digər ölkələrə yardımını təqdir etmişdir.
Hazırda dünya COVİD- 19-a qarşı vaksinləşmə işlərini həyata keçirir.
Vaksinləşmə işlərində ayrı-seçkiliyin olmaması istiqamətində də vətənimiz örnək
davranış nümayiş etdirir. Dövlət başçımız hər zaman bütün beynəlxalq forumlarda
qeyd edir ki, kifayət qədər maliyyə resurslarına malik olmayan ölkələrin də
vaksinlərdən istifadə etmək imkanı inkişaf etmiş ölkələr kimi olsun, bu məsələdə
ayrı-seçkilik olmasın. Bəli, bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan
COVİD-19 təhlükəsi ilə sadəcə ölkə daxilində deyil, həm də beynəlxalq müstəvidə
uğurla mübarizə aparır.
Beləliklə, cənab Prezident İlham Əliyev dünya ölkələri və bütövlükdə
bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış
edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş
etdirir. Pandemiya ilə mübarizədə cənab Prezidentin gördüyü uğurlu işlər
Azərbaycanın necə güclü dövlət olduğunu bir daha sübut etdi.

Turanxanım Mehdiyeva,
Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi


Digər xəbərlər

0.39667797088623