Selcan 17 yaşında doktorluq təhsili qazandı
14 yaşında ABŞ-da universitetə daxil olan azərbaycanlı Selcan Əhmədli artıq Şimal-Qərb Universitetində (Northwestern University) doktorluq təhsilinə başlayacaq.
Bu barədə azərbaycanlı tələbənin əmisi Anar Əhmədli məlumat verib.
Onun sözlərinə görə, bu il bakalavr dərəcəsini bitirən, hazırda 17 yaşı olan Selcan ABŞ-da bir neçə universitetdə tam təqaüd proqramını qazanıb. Bura Şimal-Qərb Universiteti, Minnesota Universiteti, Merilənd Universiteti, Virciniya Universiteti, Karnegi Mellon Universiteti, Keyz Vestern Universiteti və digərləri daxildir.
“Selcan bu il 17 yaşında bakalavr dərəcəsini bitirir və bu payızda Şimal-Qərb Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsinə başlayır. Afərin! Zəhmətkeşliyin və fədakarlığın bəhrəsini verdi. Səninlə fəxr edirik, Selcan!”
Xatırladaq ki, Selcan Əhmədli Bakıda – riyaziyyatçı ailəsində doğulub. 13 yaşında orta məktəb proqramını bitirərək, Şimali Dakota universitetində riyaziyyat kursuna qəbul olunub. 2018-ci ildə universitetin ən istedadlı tələbələri arasında birinci yeri tutub. Həmin vaxt ABŞ mediasında onunla bağlı xəbərlər geniş yayılmışdı. S. Əhmədlinin atası professor Azər Əhmədli də ABŞ universitetlərində riyaziyyatdan dərs deyir. Həmçinin anası və əmiləri riyaziyyat müəllimləridir. Azər Əhmədli 1998-ci ildə Yel Universitetinin riyaziyyat kursuna qəbul olan beş xarici tələbədən biri olub. 20 ildən artıqdır ki, ABŞ-da riyaziyyat dərsi deyir. Uzun illər Kaliforniyanın Santa Barbara Universitetində müəllim və tədqiqatçı olub, sonra ailəsi ilə birlikdə Şimali Dakotaya köçüb.
-
“Sentyabrdan Qarabağ Universitetində tədris başlanır”
...
-
Prezident bir qrup rektoru təltif edib
...
-
Şərəfli müəllim ömrü - Aidə İsmayılova
...
-
Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin şagirdi maksimum bal toplayıb
...
-
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
...
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...