Neftçalanın icra başçısı özünə yeni birinci müavin təyin etdi

17:02 05-05-2021 | icon 1567
Neftçalanın icra başçısı özünə yeni birinci müavin təyin etdi

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Bununla bağlı Neftçala RİH başçısı Mirhəsən Seyidov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin təyin olunub.

Qeyd edək ki, Ş.Məmmədov 1985-ci ildə Neftçala şəhərində anadan olub. O, 2012-2015-ci illərdə Neftçala RİH-in Hüquq şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2015-ci ilin avqust ayından isə 61 saylı Neftçala seçki dairəsində Dairə seçki komissiyasının sədri vəzifəsində işləyib.


Digər xəbərlər

0.26440978050232