Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

17:04 05-05-2021 | icon 1696
Türkiyə - Azərbaycan matçının başlama saatı açıqlandı

Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün başlama saatı müəyyənləşib.

Mayın 27-də Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la qarşılaşmadan sonra iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.


Digər xəbərlər

0.28854608535767