Çempionlar Liqasının finalında İngiltərə derbisi

08:33 06-05-2021 | icon 2002
Çempionlar Liqasının finalında İngiltərə derbisi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Sonuncu oyun günündə İspaniya nəhəngi “Real” İngiltərədə yerli “Çelsi” komandası ilə üz-üzə gəlib.

Bu komandalar arasında Madriddə baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınmışdı. Bu üzdən londonlulara mərhələ adlamaq üçün qolsuz heç-heçə də bəs edirdi. “Real” isə səfərdən mütləq qələbə ilə dönməliydi. Amma 90 dəqiqənin sonunda qələbəni meydan sahibəri bayram ediblər.

 

Daha öncə İngiltərənin “Mançester Siti” klubu Fransa çempionu PSJ-yə hər iki oyunda qalib gələrək (2:1, 2:0) finala yüksəlmişdi. Beləliklə, mayın 29-da İstanbulda keçiriləcək final görüşündə iki İngiltərə klubu – “Çelsi” və “Mançester Siti” qarşılaşacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
5 may

Çelsi – Real 2:0
Qol: Verner, 28. Maunt, 85.
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Stemford Bric” stadionu.
İlk oyun – 1:1.


Digər xəbərlər

0.22481107711792