Heydər Əliyevin doğum günü Yevlaxda qeyd edilib - FOTOLAR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Yevlaxda qeyd edilib.
Ilk öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və rayonun ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyub.
Sonra Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında mövcud karantin tələblərinə uyğun qaydada tədbir davam edib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əlavə həm də tarix yaradan şəxsiyyət olub. Natiq vurğulayıb ki, Sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədakarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə edildi, ölkə müasirləşdi və xalqımızın rifahı, yaşam səviyyəsi qat-qat artdı.
Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını qeyd edən Anar Tağıyev vurğuladı ki, Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir: "Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradır. Zəngəzur dəhlizini həyata keçirməklə isə ulu öndərin daha bir vəsiyyətini reallaşdırmış olacaq".
"ABŞ üçün Corc Vaşinqton, Türkiyə üçün Atatürk, Almaniya üçün Adenaur hansı tarixi missiya sahibirsə, Heydər Əliyev də Azərbaycan üçün daha artıq dəyərə sahibdir" - deyən Anar Tağıyevin fikrincə, ulu öndər həm qurucu lider, həm də Azərbaycanın inkişaf yoluna daim işıq salan mayakdır, Heydər Əliyev elə Azərbaycan deməkdir!”
Sonra Heydər Əliyevin anadan olmasının 98–ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
-
COP29-un Azərbaycanda keçirilməsi obyektiv zərurətdən doğur
...
-
Bərpaolunan enerjinin böyük gələcəyi vardır
...
-
Cənub Qaz Dəhlizi Avropa Birliyinin mənafeyinə xidmət edir
...
-
Azərbaycan öz sözünə həmişə sadiqdir
...
-
Biz gələcəyə nikbin nəzərlərlə baxırıq
...
-
“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”
...
-
Prezident “Euronews”a müsahibə verib
...
-
Prezident “Gülüstan” sarayında iclasda çıxış etdi - Fotolar
...
-
“Avropa Şurasından tamamilə çıxmaq məsələsinə ciddi baxa bilərik”
...
-
Yeni ədliyyə naziri təyin edildi
...