Sabah 32 dərəcə isti olacaq

23:48 13-05-2021 | icon 2998
Sabah 32 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16 isti, gündüz 23-28 isti, Bakıda gecə 14-16 isti, gündüz 26-28 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi  norma daxilində - 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 45-20 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  12-17 isti, gündüz  27-32 isti, dağlarda gecə 6-11 isti, gündüz 17-22 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında meteoroloji amillərin  mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. 


Digər xəbərlər

0.24104499816895