Zaur Qəhrəmanov: "Neftçi"nin çempionluğuna hamı inanır"
"Neftçi" Premyer Liqanın son turunda "Sumqayıt"a səfərdə 1:0 hesabıyla qalib gəldiyi matçını "Kapital Bank Arena"dan izləyənlər arasında klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov da vardı. “SOCAR Turkey Enerji A.Ş”-nin baş icraçı-direktoru da olan həmsöhbətimiz Azeripress.az-ın suallarını cavablandırıb.
- Premyer Liqamızda son illərdə belə rəqabət yox idi - çempionluq son tura qalıb...
- Baş məşqçimiz Samir Abasov açıqlamasında çox doğru demişdi ki, çempionatın intriqası "Neftçi"yə görə hələ qalır. Əlbəttə, bu tur biz də qalib gəldik, "Qarabağ" da və hər şey son tura qaldı. İnşallah, güclü qazanacaq. Bizə yalnız qələbə lazımdı, rəqibimizə isə heç-heçə də bəs edir.
- İnanırsınız komandaya?
- Əlbəttə! "Neftçi" "Neftçi"di və qələbəyə oynayır. "Neftçi"nin ağ və qara zamanları var idi. Amma hər zaman çempionluğa oynayırdıq. İnşallah, bu dəfə də çempion olacağıq.
- Onu da nəzərə alaq ki, son illərdə belə şans yaxalamamısınız çempionluq üçün...
- Yadınızdadı, Roberto Bordinin vaxtında təssüf ki, sona 2-3 tur qalmış çempionluq marafonundan düşmüşdük. İndi son tura qaldı. İnşallah, qazanacağıq. Bizim klubda hamının hədəfi budu - Müşahidə Şurasından başlayaraq bazanın qapısında duran mühafizəçiyədək hamımız komandamıza inanırıq. İnşallah, çempion olacağıq.
- İstənilən halda, ən azı gümüş medalı artıq təmin etmisiniz. İndi azarkeşləri əsas maraqlandıran budu ki, büdcə necə olacaq? Transferlərə pul ayrılacaqmı?
- Mayın 19-da son turun matçıdı və bizim üçün mövsüm bitir. Mayın 22-23-ü Müşahidə Şuramızın iclası olacaq və orda bütün məsələlərə baxılacaq - növbəti mövsüm üçün komanda, büdcə və s.
- Son turda "Qarabağ"la çempionluq matçına əcnəbi hakim istəyirsiniz, yoxsa özümüzünküləri?
- Əlbəttə, özümüzünküləri. Bizim hakimlərə nə olub ki? Maşallah, hamısı gözəl hakimlərdi. Bəli, gəncdirlər, hərdən səhvləri olur. Amma bu, hər adamda olur. Çox gözəl hakimlərimiz var, heç bir iradımız yoxdu. İnşallah, kimi təyin edərlər, o da olar. Ən əsası, futbol qazansın - həm "Qarabağ"a , həm də bizim üçün bu, lazımdı.
-
Bakı Marafonunun qalibləri müəyyənləşdi - Foto
...
-
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
...
-
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurub - FOTOLAR
...
-
Fərid Qayıbov: "Əminəm ki, növbəti Olimpiya Oyunlarına lisenziya qazanan avarçəkənlərimizin sayı daha çox olacaq"
...
-
“Prezident Kuboku 2024”: ikinci gündə üç medal - FOTOLAR
...
-
"Prezident Kuboku-2024" beynəlxalq reqatasında ikinci günə start verildi
...
-
Azərbaycanın minifutbol millisi beynəlxalq turnirin qalibi oldu
...
-
"Prezident Kuboku 2024" beynəlxalq reqatasında ilk günün qalibləri mükafatlandırılıb
...
-
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
...
-
Dünya Kuboku növbəti dəfə Bakıda!
...