AFFA Samir Abasovun cəzasını qüvvədə saxladı

02:11 18-05-2021 | icon 1457
AFFA Samir Abasovun cəzasını qüvvədə saxladı

AFFA İntizam Komitəsi "Neftçi"nin baş məşqçisi Samir Abasovla bağlı qəbul edilən qərara yenidən baxıb.

43 yaşlı mütəxəssisə mayın 17-də verilmiş cəza qüvvədə qalıb.

 

Qeyd edək ki, Samir Abasov "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəbindən iki oyunluq cəzalanıb. Klub isə 4000 manat cərimələnib.

Abasov bu səbəbdən mayın 3-də səfərdə "Keşlə" (3:0), mayın 8-də isə "Səbail" (4:0) komandası ilə matçları buraxıb.


Digər xəbərlər

0.22364807128906