Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar verildi - Fotolar

02:16 19-05-2021 | icon 1828
Milli Paralimpiya Komitəsi əməkdaşlarına medallar verildi - Fotolar

Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə ölkə idmanının inkişafında xidmətlərinə görə təltif edilmiş şəxslərə medalların təqdim edilməsi tədbiri olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, paralimpiyaçılarımız tərəfindən indiyədək 38 olimpiya medalı qazanılıb, 7 nəfər Paralimpiya çempionu, onlardan 2-si ikiqat çempiondur.

S.Babayev qarşıdakı Tokio Yay Olimpiya Oyunlarında da bütün idmançılarımız kimi, paralimpiyaçılarımızın da yeni qələbələr əldə edəcəyinə əminliyini bildirib.

 

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ötən 25 ildə keçdiyi inkişaf yolundan bəhs edib.

Sonra Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim edilib.

 

 





Digər xəbərlər

0.22907710075378