Festivalın keçirilməsi ilə Şuşadan,Cıdır düzündən dünyaya milli birlik mesajı verildi

16:20 19-05-2021 | icon 1956
Festivalın keçirilməsi ilə Şuşadan,Cıdır düzündən dünyaya milli birlik mesajı verildi

Xarı bülbül Şuşanın rəmzi simvoludur.

Həmişə Qarabağa gələn qonaqlar
Xarı bülbülü seyrə çıxmışlar, bu gülün gözəlliyi hər kəsi məftun etmişdir.
Buna görə də 1989-cu ildən Seyid Şuşinskinin 100 illik yubileyi ilə
əlaqədar keçirilən festivala da “Xarıbülbül” adı verilir. Özünəməxsus
gözəlliyi ilə seçilən Cıdır düzündə 1992-ci ilədək hər il may ayında
“Xarıbülbül” festivalı keçirilirdi. Təkcə Azərbaycan deyil, Yaponiya, ABŞ,
Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi
ölkələrin və SSRİ respublikalarının iştirakı ilə keçirilib. Lakin mənfur
ermənilərin Şuşanı işğal etməsindən sonra 1992-ci ilədək Ağdamda
keçirilən festivalın da Ağdamın işğalı ilə o gündən bir daha
keçirilməməsinə səbəb olmuşdur. 2020-ci il noyabrın 8-i müzəffər
Azərbaycan ordusunun Şuşanı azad etməsindən sonra Azərbaycan
Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini
ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla Vaqif poeziya
günləri və “Xarıbülbül” festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i
və 13-də Heydər Əliyev fondunun təşkikatçılığı ilə festival baş tutdu.
Festival mədəni tədbir olmaqla yanaşı, Qarabağa qayıdışımızın başlanğıcı
oldu. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi
kollektivlərinin çıxışı, xalq və klassik musiqilər səsləndirilmişdir.  Bu həm
də Azərbaycanın multikultural dəyərlərə hörmət etdiyini bir daha dünyaya
nümayiş etdirir. Festival Respublika Prezidenti İlham Əliyevin çıxışı ilə
başlamışdır. Sənətçiləri birinci gün səhnədə Azərbaycan Dövlət Akademik
Filarmoniyasının Dövlət Rəqs Ansamblının musiqiçiləri, festivalın ikinci
günü isə Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor
Kapellası müşayiət etmişdir. İşğaldan azad olunmuş torpaqlarda ilk dəfə
keçirilən “Xarıbülbül” musiqi festivalı mayın 13-də incəsənət xadimlərinin
“Azərbaycan” mahnısının  birgə ifası ilə yekunlaşmışdır. Konsert bitəndən
sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalda
iştirak edən incəsənət xadimləri ilə görüşdülər. Cıdır düzündə hamı
birlikdə “Qarabağ Azərbaycandır” söylədi. Şuşa bizim üçün müqəddəs
şəhərdir və Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi
simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan
tarixinə, xüsusən Qarabağ tarixinə işıq salır. Festivalın keçirilməsi ilə
Şuşadan, Cıdır düzündən dünyaya milli birlik mesajı verildi və Şuşada
belə bir tədbirin keçirilməsi gücün, zəfərin təntənəsidir. Belə layihələrin,
tədbirlərin keçirilməsi ilə Şuşamız doğma ənənələrini bərpa edir, həm də
mənən dirçəlir. Və inanıram ki, keçirilən bu festival bütün dünyaya səs
salacaq bir daha hamı biləcək ki, Qarabağ Azərbaycandır!


Elxan Əzizəliyev,
Saatlı Peşə Liseyinin direktoru


Digər xəbərlər

0.24065899848938